Bakıda rəssam Həbib Saherin fərdi sərgisi açılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda rəssam Həbib Saherin fərdi sərgisi açılacaq

14:49 - 19 / 02 / 2016
Bakıda rəssam Həbib Saherin fərdi sərgisi açılacaq

Yarat Müasir İncəsənət Məkanı  Artım layihəsi çərçivəsində yeni sərgi seriyasının açılışı haqqında məlumat verir.

19 fevral tarixində keçirilən təntənəli açılış zamanı bu seriyanın ilk ekspozisiyası – rəssam Həbib Saherin “Bu da keçər” adlı fərdi sərgisi təqdim olunacaq.

 Sərginin ilham mənbəyi bir çox sahələr olub, o cümlədən torpaqdan  mandala mədəniyyəti və Ömər Xəyyamın rbailəri bura daxildir. Onlarda ölümün qaçınılmazlığı ilə yanaşı  həyat kimi qısa vaxt kəsiyinin gözəlliyi öz ifadəsini tapıb.

Müəllif heykəltaraşlığa maddi olan hər şeyin metaforası kimi yanaşır və sərgi zamanı özü-özlüyündə dağılan nümunələri sərgiləyir. 1960-cı illərin avto-destruktivizmi ilə maraqlanan rəssam öncədən hesablanmış münasibələrə qarşı çıxır. Incəsənət əsərlərinin mənəvi-fəlsəfi dəyərini qeyd etməyə çalışır.

Xatırladaq ki əslən İrandan olan rəssam Həbib Saher Bakıda yaşayır. Heykəltaraşlıq üzrə bakalavr və magist dərəcələrini alıb. O, Bakıda və xaricdə təşkil olunan bir çox sərgilərdə iştirak edib.

Sərgi 13 marta qədər davam edəcək.

1news.az

Paylaş:
843

Son xəbərlər

Bütün xəbərlər