Cəlilabadda fermadan quzu oğurlayan şəxslər ələ keçdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabadda fermadan quzu oğurlayan şəxslər ələ keçdi

14:58 - 19 / 02 / 2016
Cəlilabadda fermadan quzu oğurlayan şəxslər ələ keçdi

Cəlilabad rayonunda fermadan quzu oğurlaya şəxslər saxlanılıblar.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Məlumata görə, fevralın 18-nə keçən gecə Cəlilabad rayonunun Göytəpə şəhərində yaşayan Habil Nəbiyevə məxsus fermadan 9 quzu oğurlanıb.

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmyerliləri Sahib Mahmudov və Elvin Şaliyev tutulub, digər 1 nəfər isə müəyyən edilib.

1news.az

Paylaş:
1132

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər