İtkin düşmüş məktəblilər harada idi? Bakısayağı Tom Soyer və Heklberri Finn – FOTO
Dünənki günün əsas mövzusu iki on bir yaşlı məktəblinin – Şamil Babayev və İsmayıl Səfiyevin itkin düşmələri oldu. Hər iki uşaq 32 saylı məktəbdə təhsil alırlar. Fevralın 17-də dostlar məktəbdən çıxaraq evə getməyiblər.
Müşahidə kameralarının köməkliyi ilə polislər məktəblilərin “Neftçilər” metro stansiyasına tərəf getdiklərini müəyyən edə biliblər. Lakin bundan başqa məlumat əldə edə bilməyiblər.
Məktəblilərin axtraşına bütün şəhər qalxmışdı. Uşaqların şəkiləri bütün sosial şəbəkələrdə paylaşıldı, ölkənin bütün aparıcı KİV-i onlar haqda məqalə yazdı, Şamil və İsmayılın itkin düşməsi ilə bağlı bütün xəbər verilişlərində süjet göstərildi. Məktəblilərin itkin düşməsindən xəbərdar olan hər bir kəs Bakı metropoliteni işçilərini, mağaza və kofeləri xəbərdar etdi.
Fevralın 18-də saat 7 radələrində məktəblilərin tapılması xəbəri yayıldı. Və bu xəbər nəinki onların valideynlərini, eyni zamanda onların axtarışına çıxan hər bir kəs üçün sevindirici oldu.
Bəs görəsən balaca qaçaqlar bu qədər vaxtda harada olublar? Bu sual hər kəsi narahat edir. Məktəblilərlə baş verən hadisə ilə bağlı İsmayılın anası – Viktoriya Səfiyeva ilə əlaqə saxladıq.
O, uşaqların taleyi ilə narahat olan hər kəsə minnətdarlığını bildirərək söhbətə başladı.
“Bilmirəm necə təşəkkür edim. Çox təşəkkür edirəm. Gözləməzdim ki, bütün şəhər uşaqların axtarışına qoşulacaq”, - söyləyərək baş vermiş hadisənin təfərrüatları haqda danışmağa başladı.
“Oğlanalr məktəbdən çıxanda Şamil İsmayıla bildirib ki, onun problemləri var və o, evə getmək istəmir. O, İsmayıla təklif edib ki, Hövsana getsinlər, orada onun nənəsi yaşayır. Nənəsigilə getməyi planlaşdırmışlar, sadəcə Şamil həmin yolu yaxşı bildiyi üçün bu istiqaməti seçib. Beləliklə, İsmayılda da “kişilik” baş qaldırıb, axı onlar özlərini böyük hesab edirlər”, - V.Səfiyeva söyləyib.
Məktəblilər qərarlaşdıqları səyahətə piyada gediblər, belə ki, onların pulu olmayıb.
“O itkin düşəndə, mən elə vəziyyətdə idim ki, İsmayılın yığdığı pulları tapmayanda elə bildim o, pulları da özü ilə götürüb. Sən demə İsmayıl yığdığı pulları böyük qardaşından saxlamaq üçün gizlədibmiş. Pullar evdə imiş”, - V.Səfiyeva dedi.
Gecə saat 1-də Nobel prospektinə çatan məktəblilər anlayıblar ki, onlar hardasa gecələməlidirlər. Buna görə həmin prospektdəki evlərdən birinin qapısını döyüblər.
“Biz bu haqda axşam saat 18 radələrində xəbər tuta bildik. O vaxta qədər polislə bütün şəhəri gəzərək uşaqları tapa bilmədik. Və bu an telefonuma bir qadın zəng edərək bildirdi ki, uşaqların itkin düşməsi xəbərini axşam Facebook-a daxil olandan sonra bilib. Həmin qadın bildirdi ki, gecə iki uşaq onun qapısını döyərək gecələməyi xahiş ediblər.
Qadın onlardan soruşub:
“Bəs sizin valideynləriniz hardadır? Siz ümumiyyətlə kimsiniz?” suallarına oğlanlar belə cavab verib. “Bizim valideynlərimiz bizi incidir, biz evdən qaçmışıq və Hövsanda yaşayan nənəmgilə gedirik”. Qadın eşidəndə ki, onlar evdən qaçıb uşaqları taksiyə mindirərək evlərinə yola salmağı qərar alır”, -V.Səfiyeva sözlərinə davam edir.
Qadın qaçan uşaqlara çatmaq istəyib, lakin çox gec və dumanlı hava olduğu üçün onları tapa bilmir. Belə olan halda, “səyyahlarımız” hansısa binanın dəhlizində gecləməyə qərara alırlar.
Səhər gün isə məktəblilər qarşılarına çıxan maşına miniblər, həmin taksinin sürücüsü isə onları Hövsana apararaq bir manat da yol pulu verir. Kitab və dərs ləvazimatlarını ağır olmasın deyə yolda atsalar da, çantalarını saxlayıblar.
“Həmin bir manata kibrit və çörək alaraq hansısa xarabalıq ev tapıblar. Həmin evdə bir qədər təmizlik edəndən sonra orada tonqal yandırıblar. Görünür bundan sonra bu cür yaşamaq istəyiblər”, - V.Səfiyeva söyləyib.
Lakin çox çəkməyir ki,uşaqlar acırlar. Qərara gəlirlər ki, qulaqcıqlarını satsınlar. Buna görə də yol kənarına çıxaraq mağazanın qarşısını gəlirlər.
Bu zaman məktəblilərin valideynləri onların Hövsana getməsindən xəbər tutaraq polis əməkdaşları ilə oraya yollanırlar. Və nəhayət ki, soyuqdan dişləri bir-birinə dəyən qaçaqları tapırlar.
“Yaxşı ki, onlar bu xarabaqlıq evdə oturmayıb yola çıxıblar. Biz uşaqları tapanda onlar çox pis vəziyyətdə idilər – kirli, ac, soyuqdan donmuş halda!”, - V.Səfiyeva danışırdı.
Polisdə məktəblilərlə ciddi tərbiyəvi söhbətlər apardı, bundan sonra isə valideynləri də onlarla evdə danışıb.
“Onlar bilirlər ki, bütün şəhəri ayağa qaldırıblar. Onların itkin düşməsi xəbərini bütün televiziya kanallarında göstəriblər. Və and içdilər ki, bir daha belə bir iş tutmayacaqlar”, - V.Səfiyeva dedi.
Xoşbəxtlikdən bu hadisə xoş sonluqla bitdi. Şəhər camaatının canfəşanlığı sayəsində Şamil Və İsmayılı tez bir zamanda tapmaq asan oldu.
Sonda bu işdə köməklik edən hər kəsə təşəkkür edirəm! Biganəlik etmədiyiniz üçün çox sağ olun! Bizlərdə “başqasını uşağı” olmadığı üçün hər kəsə təşəkkkürlər! Hər bir uşaq üçün öz övladınız kimi narahat olduğunuz üçün minətdaram!
Özünüzü və yaxınlarınızı qoruyun!
1news.az