Dövlət Gömrük Komitəsinin sədri Şabranda vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Gömrük Komitəsinin sədri Şabranda vətəndaşları qəbul edəcək

15:59 - 19 / 02 / 2016
Dövlət Gömrük Komitəsinin sədri Şabranda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev fevralın 25-də saat 11:00-da Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 60A) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

1news.az xəbər verir ki, DGK-nin Mətbuat Xidmətindən verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Şabran, Quba, Qusar, Xaçmaz rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar fevralın 24-ü saat 11:00-dək “195” Çağrı Mərkəzi, DGK (əlaqələndirici şəxs - Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Xaçmaz Gömrük İdarəsi (əlaqə telefonu: (023) 325-34-40) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

1news.az

Paylaş:
1013

Son xəbərlər

Bütün xəbərlər