Mübariz Qurbanlı Siyəzəndə vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Mübariz Qurbanlı Siyəzəndə vətəndaşları qəbul edəcək

10:36 - 19 / 02 / 2016
Mübariz Qurbanlı Siyəzəndə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.

1news.az xəbər verir ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 24-də Siyəzən rayonunda Siyəzən və Şabran rayon sakinlərini qəbul edəcək. Qəbul Siyəzən şəhəri Heydər Əliyev Mərkəzində (Siyəzən şəhəri, H.Əliyev küçəsi, 90) saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Quba bölgəsi  üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

 DQİDK-nın bölgə şöbə müdiri: Eynulla Nurullayev

Tel: (02333) 5-22-70

Mob: (050) 722-91-25

e-mail:[email protected]

www.scwra.gov.az

1news.az

Paylaş:
523

Son xəbərlər

Bütün xəbərlər