BANM-də “Yanğınsöndürmə balonlarının istifadəsi qaydaları”na dair təlim keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM-də “Yanğınsöndürmə balonlarının istifadəsi qaydaları”na dair təlim keçirilib - FOTO

11:43 - 19 / 02 / 2016
BANM-də “Yanğınsöndürmə balonlarının istifadəsi qaydaları”na dair təlim keçirilib - FOTO

Bakı Ali Neft Məktəbində (BANM) ali məktəbin rektoru Elmar Qasımovun təşəbbüsü ilə tələbələr üçün “Yanğınsöndürmə balonlarından istifadə qaydaları” haqqında təlim keçirilib.

Ali Məktəbin ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a bildirilir ki, təlim SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) mütəxəssisləri tərəfindən təqdim olunub. 

Təlimdə BANM-in əməkdaşlarına baş verə biləcək yanğın hadisələrinin qarşısını almaq məqsədilə istifadə olunan  yanğınsöndürmə  balonları və digər ilkin yanğınsöndürmə vasitələrinin istifadəsi qaydaları, texniki və müxtəlif təyinatları barədə ətraflı məlumat verilib.

Daha sonra əməkdaşlar yanğınsöndürmə balonlarının istifadə qaydaları ilə əyani tanış olublar.  Təlim BANM-in əməkdaşlarının fövqəladə hadisələr zamanı çevik davranışlarının artırılması və təhlükəsizlik qaydaları haqqında məlumatlı olmaları üçün keçirilib.

Qeyd edək ki, BANM və TTSİ arasında əməkdaşlıq haqqında  müqavilə çərçivəsində  BANM-in tələbələri TTSİ-nin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində təhlükəsizlik təlimlərinə cəlb olunur və yekunda onlara beynəlxalq sertifikatlar təqdim edilir. Gələcəkdə BANM-in tələbələri üçün “Yanğınsöndürmə balonlarının istifadəsi” ilə bağlı təlimlərin keçirilməsi də nəzərdə tutulur.

1news.az

Paylaş:
1031

Son xəbərlər

Bütün xəbərlər