Beynəlxalq Qızıl Xaç Komitəsi ədliyyə sahəsində Azərbaycanla səmərəli əməkdaşlıq edir-FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Beynəlxalq Qızıl Xaç Komitəsi ədliyyə sahəsində Azərbaycanla səmərəli əməkdaşlıq edir-FOTO

00:44 - 20 / 02 / 2016
Beynəlxalq Qızıl Xaç Komitəsi  ədliyyə sahəsində Azərbaycanla səmərəli əməkdaşlıq edir-FOTO

Fevralın 19-da ədliyyə naziri Fikrət Məmmədov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin səlahiyyət müddəti başa çatan rəhbəri xanım Deniz Duran və yeni rəhbəri xanım Elena Aymone Sessera ilə görüşüb.

1news.az Ədliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, BQXK ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən nazir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun köklü iqtisadi islahatların həyata keçirildiyini, məhkəmə-hüquq sisteminin inkişafı üzrə görülən məqsədyönlü tədbirləri vurğulayıb, ədliyyə, o cümlədən penitensiar sistemin və infrastrukturunun müasirləşdirilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının genişləndirilməsi üzrə işlərdən danışıb. F.Məmmədov həyata keçirilən tədbirlərdə BQXK-nın dəstəyini qeyd edərək xanım E.Sesseraya uğurlu fəaliyyət arzulayıb.

Həmçinin məhkumların tibbi təminatının köklü şəkildə yaxşılaşdığı, BQXK ilə sıx əməkdaşlıq nəticəsində penitensiar müəssisələrdə vərəmlə mübarizədə yüksək nailiyyətlərin əldə olunduğu qeyd edilərək BQXK-nın tövsiyəsi ilə ölkəmizin bu müsbət təcrübəsindən artıq 10-dan çox dövlətin bəhrələndiyi diqqətə çatdırılıb.

Söhbət zamanı ötən il Azərbaycan Hökuməti ilə BQXK arasında Komitə nümayəndələrinə azadlıqdan məhrumetmə yerlərinə maneəsiz baş çəkməyə səlahiyyət verən Sazişin qüvvədə olma müddətinin uzadılmasının qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinə əlavə təkan verdiyi vurğulanıb.

BQXK-nın Azərbaycan ilə ədliyyə sahəsində qarşılıqlı fəaliyyətin uğurlu nəticələrini qeyd edən D.Duran ölkəmizdə çalışdığı müddətdə Ədliyyə Nazirliyi ilə məhsuldar və yüksək səviyyədə əməkdaşlıqdan məmnunluğunu ifadə edib, Azərbaycanda gedən islahatların şahidi olduğunu söyləyərək məhkumların saxlanma şəraitinin, tibbi xidmətin əsaslı şəkildə yaxşılaşdırılması üzrə qazanılan nailiyyətləri təqdir edib, xoş təəssüratlarını bölüşüb.

Komitə nümayəndəliyinin yeni rəhbəri xanım E.Sessera ədliyyə, o cümlədən penitensiar sistemdə aparılan genişmiqyaslı tədbirləri, iqtisadi çətinliklərə baxmayaraq, bu sahədə fəaliyyətin uğurla davam etdirilməsini məmnunluqla qarşılayıb. O, BQXK ilə Azərbaycan arasında səmərəli əlaqələrin bundan sonra da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə əməkdaşlığın prioritetləri, habelə qanunvericilik, məhkumların saxlanma şəraiti və s. maraq doğuran məsələlər müzakirə edilib.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

Paylaş:
667

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər