Həştərxandakı Heydər Əliyev adına məktəbdə mükafatlar təqdim olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Həştərxandakı Heydər Əliyev adına məktəbdə mükafatlar təqdim olunub

15:15 - 21 / 02 / 2016
Həştərxandakı Heydər Əliyev adına məktəbdə mükafatlar təqdim olunub

Fevralın 20-də Həştərxan şəhərindəki Heydər Əliyev adına məktəbdə Heydər Əliyev Fondu tərəfindən məktəbin təhsil və idmanda fərqlənən şagirdlərinə və ən yaxşı müəllimlərə mükafatlar təqdim olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Həştərxan Şəhər Administrasiyasının rəhbəri Oleq Polumordvinov, beynəlxalq və xarici iqtisadi əlaqələr naziri Denis Afanasyev, Həştərxanın təhsil və elm idarəsinin rəhbəri İnessa Qorina, Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) Həştərxan bölməsinin sədri Ədalət Hüseynov, Azərbaycan diasporunun nümayəndələri, şagird və valideynlər iştirak ediblər.

Tədbirdə çıxış edən D.Afanasyev bildirib ki, Azərbaycan Respublikası və Həştərxan vilayəti arasında əməkdaşlıq uğurla davam edir. Gələcəkdə bir çox sosial-iqtisadi layihələrin icrası nəzərdə tutulur.

O.Polumordvinov isə Heydər Əliyev adına Məktəbin Rusiya və Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və inkişafına istiqamətlənmiş məhsuldar fəaliyyətin parlaq nümunəsi olduğunu vurğulayıb.

İnessa Qorina Həştərxan şəhərinin təhsil sisteminin inkişafında göstərdiyi xidmətlərə görə təşəkkürnaməni Ədalət Hüseynova təqdim edib.

Daha sonra Heydər Əliyev Fondu adından məktəbin şagird və müəllimlərinə mükafatlar, direktor Tatyana Tixomirova və direktor müavini Larisa Boqdyuka hədiyyələr, ÜAK-ın təşkil etdiyi tədbirlərdə fəal iştirakına görə məktəbin müəllimləri Tatyana Klinkova və Svetlana Kirovaya təşəkkürnamələr təqdim olunub.

Sonda məktəbin “Kazaçok” ansamblı tədbir iştirakçılarına mahnı çələngi təqdim edib.

Xatırladaq ki, Həştərxan şəhərindəki Heydər Əliyev adına məktəbin təhsil və idmanda fərqlənən şagirdlərinin və ən yaxşı müəllimlərin Heydər Əliyev Fondu tərəfindən mükafatlandırılması artıq beşinci ildir keçirilir və ənənə halını alıb.

Paylaş:
726

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər