Fevralın 26-da Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
1news.az xəbər verir ki, Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov qeyd edib ki, fevralın 26-fa səhər saat 7-dən etibarən paytaxt küçələrində nəqliyyatın hərəkətində müəyyən məhdudiyyət olacaq.
“Xocalı faciəsinin 24-cu ildönümü ilə əlaqədar Xətayi rayonundakı “Ana fəryadı” abidəsi yaxınlığında keçiriləcək tədbirlə əlaqədar olaraq Yusif Səfərlo və Nəcəfqulu Rəfiyev, küçələrio cümlədən Ayaz İsmayılov, Sergey Sinyuşkin, İzzət Orucov, Fəzail Bayramov, Mehdi Mehdizadə küçələri və Xocalı prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq”,- deyə V.Əsədov qeyd edib.
Onun sözlərində görə, bu yollar bağlı olduğundan avtomobil sürücüləri alternativ yollardan, yaxud ictimai nəqliyyatdan istifadə edə bilər.
1news.az