Türkiyədə Xocalı soyqırımının iyirmi dördüncü ildönümü qeyd olunub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyədə Xocalı soyqırımının iyirmi dördüncü ildönümü qeyd olunub – FOTO

18:30 - 22 / 02 / 2016
Türkiyədə Xocalı soyqırımının iyirmi dördüncü ildönümü qeyd olunub – FOTO

Türkiyənin İzmir şəhərində Xocalı soyqırımının iyirmi dördüncü ildönümü  ilə bağlı tədbir keçirilib.

1news.az-ın məlumatına görə, İzmir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbirdə rəsmi şəxslər, ziyalılar, alimlər, sənət adamları və gənclər iştirak ediblər.

Xocalı soyqırımı ilə bağlı sənədli filmin nümayişi ilə başlayan tədbirdə adıçəkilən Dərnəyin rəhbəri Asif Qurban, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, Milli Məclisin deputatı Qənirə Paşayeva, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova,  Ege Universiteti Türk Dünyası Araşdırmalar İnstitutunun rəhbəri Metin Ekici  Xocalı  soyqırımı ilə bağlı çıxış edərək tarixi həqiqətlərin dünyaya çatdırılmasında gənc nəslin fəallığının artmasının vacibliyindən danışıblar.

Tədbirdən sonra İzmirdə yaşayan istedadlı gənc rəssam Gülnarə Muxtarovanın  Xocalı, Qarabağ mövzusuna həsr olunan əsərlərindən ibarət sərgisi təşkil olunub.

Eyni gündə Eskişehirdə Milli Məclisin deputatı Qənirə Paşayeva, Eskişehir Azərbaycan Dərnəyinin rəhbəri Cavid Aydın, dövlət və ictimai xadimlər, QHT və KİV təmsilçiləri, müəllim və tələbələrin iştirakı ilə Xocalı soyqırımı mövzusunda tədbir keçirilib.

1news.az

 

Paylaş:
894

Son xəbərlər

Bütün xəbərlər