Gürcüstanlı kinoloqlar Azərbaycanda keçirilən təlim kursunda iştirak ediblər
Gürcüstanın Gəlirlər Xidmətinin Gömrük İdarəsinin üç kinoloq əməkdaşına Azərbaycan Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin bazasında keçirilən təlim kursu başa çatıb.
1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, üç ay ərzində davam edən təlim kursuna gürcüstanlı kinoloqlar iki xidməti itlə qatılıb və təlim narkotik vasitələrin axtarışı üzrə aparılıb.
Sözügedən əməkdaşlara kursun sonunda Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin xüsusi sertifikatı verilib. Həmçinin Gürcüstan tərəfinə narkotik vasitələrin axtarışı üzrə əlavə olaraq iki xidməti axtarış iti hədiyyə olunub.
1news.az
689