Gəncə sakini evində ölü tapıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncə sakini evində ölü tapıldı

10:45 - 22 / 02 / 2016
Gəncə sakini evində ölü tapıldı

Gəncədə mənzildən kişi meyiti tapılıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat veriblər.

Məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Gəncə şəhəri, Nizami rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Gəncə regional mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin giriş qapısını açıb və 1941-ci il təvəllüdlü Səfərov Yusif Məhi oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Mərhumun hansı səbəbdən dünyasını dəyişdiyi bildirilmir.

1news.az

Paylaş:
675

Son xəbərlər

Bütün xəbərlər