Mübariz Qurbanlı Almaniya səfirliyinin nümayəndələrini qəbul edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Mübariz Qurbanlı Almaniya səfirliyinin nümayəndələrini qəbul edib - FOTO

19:32 - 23 / 02 / 2016
Mübariz Qurbanlı Almaniya səfirliyinin nümayəndələrini qəbul edib - FOTO

Fevralın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyinin missiya rəhbərinin müavini Eygen Şonfel və səfirliyin birinci katibi Paul Amannı qəbul edib.

1news.az-a Komitədən verilən xəbərə görə, Azərbaycan əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, ölkəmizdə müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini, onların dilinə, dininə, mədəniyyətinə xalqımız tərəfindən daim yüksək qiymət verildiyini vurğulayan Mübariz Qurbanlı bu ənənələrin dərin tarixi köklərdən qaynaqlandığını bildirib.

Komitə sədri həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində multikulturalizmin Azərbaycanın dövlət siyasətinə və həyat tərzinə,  tolerantlığın isə xalqımız üçün demokratik dəyərə çevrildiyini bildirib. O qeyd edib ki, bu gün Prezident İlham Əliyev Azərbaycanda multikulturalizm ənənələrinin qorunmasına yönəlmiş çoxşaxəli siyasətində beynəlxalq əməkdaşlığa xüsusi önəm verir.

Azərbaycanın dinamik inkişafının, ölkəmizdə yüksək səviyyəli multikultural mühitin mövcudluğunun şahidi olduqlarını bildirən qonaqlar bu sahədə ölkələr arasında gələcəkdə təcrübə mübadiləsinin aparılmasında maraqlı olduqlarını, Azərbaycan multikulturalizm və tolerantlıq təcrübəsinin öyrənilməsi sahəsində əməkdaşlıq etmək istəklərini diqqətə çatdırıblar.

Görüşün sonunda qonaqlar səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürlərini bildiriblər. 

1news.az 

Paylaş:
575

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər