Tibb Universitetində “İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda seminar keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Tibb Universitetində “İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda seminar keçirilib

21:24 - 23 / 02 / 2016
Tibb Universitetində “İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda seminar keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların maarifləndirilməsi istiqamətində tədbirlərini davam etdirir.

1news.az-ın məlumatına görə, Dövlət Xidmətinin təşkilatçılığı ilə “İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda növbəti belə tədbir fevralın 23-də Azərbaycan Tibb Universitetində keçirilib.

Tədbirdə təhsil müəssisəsinin müəllim və tələbələri iştirak ediblər.

Seminar iştirakçılarına istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik barədə məlumat verilib, istehlakçı hüquqlarının təmin olunmasında dövlət orqanları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Tədbir çərçivəsində iştirakçıların istehlakçı hüquqları ilə bağlı sualları cavablandırılıb, onlara istehlakçı hüquqlarına dair müxtəlif maarifləndirici  materiallar paylanıb.

1news.az

Paylaş:
871

Son xəbərlər

Bütün xəbərlər