2016-cı ilin yanvar ayında əhalinin gəlirlərinin 2,5 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib
2016-cı ilin yanvar ayında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 12,1 faiz artaraq 3080,6 milyon manata çatıb.
1news.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi isə 321,2 manat təşkil edib.
Gəlirlərin 88,0 faizi son istehlaka, 9,5 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,5 faizi isə kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib.
Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 2780,6 milyon manat və ya əhalinin hər nəfərinə orta hesabla 290,0 manat vəsait qalıb.
1news.az
445