Kəmaləddin Heydərov Ağsu şəhərində vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Kəmaləddin Heydərov Ağsu şəhərində vətəndaşları qəbul edəcək

11:42 - 23 / 02 / 2016
Kəmaləddin Heydərov Ağsu şəhərində vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov fevralın 25-də Ağsu şəhərindəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında vətəndaşları qəbul edəcək.

1news.az-a nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qəbulda Ağsu, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız nazirliyin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Vətəndaşların qeydiyyatı Ağsu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi 51) fevralın 24-də saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə telefonu: +994 (12) 512-01-14

e-mail: [email protected]

1news.az

Paylaş:
956

Son xəbərlər

Bütün xəbərlər