Azərbaycanın xarici pasportu beynəlxalq reytinqdə 75-ci yeri tutub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın xarici pasportu beynəlxalq reytinqdə 75-ci yeri tutub

11:46 - 23 / 02 / 2016
Azərbaycanın xarici pasportu beynəlxalq reytinqdə 75-ci yeri tutub

“Henley & Partners Visa Restrictions Index”-in beynəlxalq reytinq cədvəlində Azərbaycanın xarici pasportu 75-ci yeri tutub.

Henley&Partners  şirkətinin Viza məhdudiyyətləri üzrə dünya indeksi (Visa Restrictions Index) 200-dən çox dünya ölkəsi və ərazisində viza qaydalarını təhlil edir və  onları vizasız rejim tətbiq olunan ölkələrə görə sıralayır.

Almaniya 3 il ardıcıl olaraq reytinq cədvəlində birinci yeri tutub. 2016-cı ildə Aman vətəndaşlarının vizasız gedə bildiyi ölkəlrin sayı 177 olub. İkinci yerdə İsveçrə yerləşir onun vətəndaşları 176 ölkəyə vizasız gedə bilir. Üçüncü yerdə 5 ölkə var- Finlandiya, Fransa, İspaniya, İtaliya, Böyük Britaniya (175 ölkə).

Azərbaycan vətəndaşları isə 218 dünya ölkəsində 62-nə vizasız rejimdə getmək imkanına malikdir. Builki  göstərici ötən illə müqayisədə daha yüksəkdir. Belə ki keçən il vətəndaşlarımız yalnız 58 ölkəyə vizasız getmək imkanına sahib idi. Beləliklə ümumi reytinqdə ölkə 78-ci mövqedən 75-ci mövqeyə yüksəlib.

Azərbaycanı  yaxın qonşuları reytinq cədvəlində aşağıdakı kimi qərarlaşıb:

Rusiya- 48, Türkiyə- 51, Qazaxıstan və Gürcüstan 71-ci mövqedə yer alıb.

Reytiq cədvəlində sonuncu yerləri Pakistan, İraq və Əfqanıstan tutur.

Qeyd edək ki, Viza məhdudiyyətlıri indeksi Hava Nəqliyyatının Beynəlxalq Assosiasiyası (IATA) ilə birlikdə  Henley & Partners  şirkəti tərəfindən 2006-cı ildən çap olunur.

Reytinq və onun metodologiyası haqqında keçiddə tanış olmaq mümkündür: https://ru.henleyglobal.com/international-visa-restrictions/

Yer

Ölkə

Vizasız getdiyi  ölkələrin sayı

1

Almaniya

177

3

Finlandiya, Fransa, İspaniya, İtaliya, Böyük Britaniya

175

4

ABŞ, Danimarka, Nİderland

174

9

Malta

169

14

Litva, Estoniya

162

30

Antriqua və Barbuda

134

41

Dominikan

119

48

Rusiya Federasiyası

105

58

Ukrayna

81

71

Qazaxıstan, Belorus, Gürcüstan

67

75

Azərbaycan

62

104

Əfqanıstan

25

Viza məhdudiyyətinin aradan qaldırılması müxtəlif qanunvericiliklərdə daha effektiv biznes aparmağa, beynəlxalq əlaqələri saxlamağa, qlobal investisiya imkanlarından istifadə və səyahət imkanı yaradır.

Qeyd edək ki, Henley & Partners şirkəti yaşayış yerinin planlaşdırılması üzrə beynəlxalq liderdir. Şirkət bir çox ölkə rəhbərliklərinə investiya vətəndaşlığı məsələləri, həmçinindaşınmaz əmlakın alınması və tikintisi sahəsində  məsləhətçi rolunda çıxış edir.

Paylaş:
1923

Son xəbərlər

Bütün xəbərlər