Milli Məclisin sabiq deputatı həbs olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Məclisin sabiq deputatı həbs olunub

12:56 - 23 / 02 / 2016
Milli Məclisin sabiq deputatı həbs olunub

Azərbaycan  Milli Məclisinin keçmiş deputatı Dünyamin Xəlilov həbs edilib.

1news.az xəbər verir ki, D. Xəlilov Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə bir müddət əvvəl barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. D. Xəlilov Bakı İstintaq Təcridxanasına köçürülüb.

Qeyd edək ki, sabiq deputat D. Xəlilovun adı 5 dekabr 2015-ci ildə həbs olunan  Beynəlxalq Bankın keçmiş sərdi Cahangir Hacıyevlə bağlı cinayət işində keçir.

“Globus Plaza”nın sahibi olan D.Xəlilov dələduzluqda təqsirləndirilir.

1news.az

 

Paylaş:
906

Son xəbərlər

Bütün xəbərlər