Abşeronda ölümlə nəticələnən yanğın hadisəsi baş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda ölümlə nəticələnən yanğın hadisəsi baş verib

01:01 - 24 / 02 / 2016
Abşeronda ölümlə nəticələnən yanğın hadisəsi baş verib

Abşeronda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

1news.az-ın verdiyi xəbərə görə, bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında  qeyd olunub.

Yanğın rayonun Qobu qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə, evin mətbəxində 2 kv.m sahədə döşəmə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1969-cu il təvəllüdlü Quliyev Təhməz Təbriz oğlunun yanmış cəsədi aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

1news.az

Paylaş:
742

Son xəbərlər

Bütün xəbərlər