Mərkəzi Bank: Azərbaycanın strateji valyuta ehtiyatları ölkənin xarici borclarını 5,2 dəfə üstələyir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mərkəzi Bank: Azərbaycanın strateji valyuta ehtiyatları ölkənin xarici borclarını 5,2 dəfə üstələyir

15:47 - 24 / 02 / 2016
Mərkəzi Bank: Azərbaycanın strateji valyuta ehtiyatları ölkənin xarici borclarını 5,2 dəfə üstələyir

2016-cı il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanın strateji valyuta ehtiyatları ölkənin xarici borclarını 5,2 dəfə üstələyir.

1news.az-ın verdiyi xəbərə görə, bu haqda Azərbaycan Mərkəzi Bankının 2015-ci ilin pul siyasəti ilə bağlı xülasəsində bildirilir.

Sənəddə qeyd olunur ki, 2015-ci ildə strateji valyuta ehtiyatlarının lazımi həmcdə saxlanılması təmin edilib.

“2015-ci ilin sonunda toplanmış ehtiyatlar 26 aylıq mal və xidmətlərin ixracını əhatə edə bilib. Azərbaycan dünyada ÜDM-in strateji valyuta ehtiyatları üzrə saxlanılmasında ilk yerlərdən birini tutur”, - xülasədə qeyd olunur.   

Mərkəzi Bankının pul siyasəti ilə bağlı xülasəsində strateji valyuta ehtiyatlarının məbləği göstərilmir. 

Bununla yanaşı, 2016-cı il yanvarın 1-nə olan vəziyyətə görə, Maliyyə Nazirliyinin məlumatlarına əsasən Azərbaycanın xarici dövlət borcu 6 milyard 894,3 milyon dollar (10 milyard 751 milyon manat) təşkil edib. 

Beləliklə, Azərbaycanın strateji valyuta ehtiyatları 2016-cı il yanvarın 1-nə qədər təxminən 35 milyard 850,36 milyon dollar təşkil edib.

Müqayisə üçün bildirək ki, 2015-ci ilin əvvəlində ölkənin strateji valyuta ehtiyatları 51,4 milyard dollar təşkil edib və bu, xarici borcu 8 dəfə üstələyib.

Beləliklə, 2015-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatları təxminən 15,55 milyard dollar və ya 30,2% azalıb.

Xatırladaq ki, Azərbaycanın strateji valyuta ehtiyatları Mərkəzi Bankın ehtiyatlarından, Dövlət Neft Fondunun aktivlərindən və Maliyyə Nazirliyinin xəzinə vəsaitlərindən formalaşır.

1news.az

 

Paylaş:
2315

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər