Aktauda “Biz ədalət tələb edirik!” mövzusunda keçirilmiş rəsm müsabiqəsinə yekun vurulub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Aktauda “Biz ədalət tələb edirik!” mövzusunda keçirilmiş rəsm müsabiqəsinə yekun vurulub - FOTO

18:05 - 24 / 02 / 2016
Aktauda “Biz ədalət tələb edirik!” mövzusunda keçirilmiş rəsm müsabiqəsinə yekun vurulub - FOTO

7-23 fevral tarixlərində Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu tərəfindən İKT Gənclər Forumunun sivilizasiyaların alyansı üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin sədri Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Aktau şəhərində uşaq və yeniyetmə rəssamlar arasında “Biz ədalət tələb edirik!” mövzusunda keçirilmiş rəsm müsabiqəsinə yekun vurulub.

1news.az-ın verdiyi xəbər görə, bu haqda Azərbaycan Respublikasının Qazaxıstanın Aktau şəhərindəki Baş Konsulluğunun yaydığı məlumatda bildirilir.

Rəsm müsabiqəsində Aktau şəhərinin Dövlət Uşaq İncəsənət məktəbinin, Abıl adına Qazax İncəsənət məktəbinin, “Önər” Art-Qaleleriyasının, “Darın” Uşaq inkişafı Mərkəzinin, həmçinin Manqistau vilayətinin Beyneu şəhər Baktıbayuli adına, Akşakur qəsəbəsinin Ayşuakulu adına, Jetibay və Tupkaraqan qəsəbələrinin incəsənət məktəblərindən 300 yaxın yeniyetmənın rəsmləri təqdim olunub.         

23 fevral tarixində Qazaxıstan Respublikası Rəssamlar İttifaqının üzvləri Aymurat Tanatov və Tınışbek Baltabayevin, həmçinin Baş Konsulluğun rəhbəri Elxan Zeynalovun daxil olduğu münsiflər heyəti tərəfindən rəsmlər qiymətləndirilib.

Müsabiqənin yekununa görə, 7-9 yaşlı uşaqlar arasında qalib Abıl adına Qazax İncəsənət məktəbinin şagirdi Şanşarxan Raxmatulla, 10-13 yaşlılar arasında “Darın” Uşaq inkişafı Mərkəzinin şagirdi Akbota Berdıkojakızı və 14-19 yaşlılar arasında isə Aktau Dövlət Uşaq İncəsənət məktəbinin şagirdi Dana Musina qalıb gəliblər. Bundan əlavə hər yaş qrupundan daha iki nəfər 2-ci və üç nəfər 3-cü yerlərə layiq görülüblər.

Müsabiqənin qran-pri mükafatına “Önər” Art-Qaleleriyasının şagirdi Ləzzət Nurqamanbetovanın “Помним, любим, скорбим!” rəsmi layiq görülüb.

Müsabiqədə iştirak etmiş rəsmlər Aktau şəhərinin “Önər” Art-Qaleleriyasının Sərgi salonunda nümayiş etdiriləcək. Qaliblər, Baş Konsulluq tərəfindən “Xocalıya Ədalət” kampaniyası çərçivəsində 24 fevral tarixində keçiriləcək anım mərasimində fəxri fərmanlarla təltif olunacaqlar.

1news.az

 

Paylaş:
1143

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər