Səfir Dan Stav: “İsrail TANAP boru kəməri vasitəsilə öz təbii qazını ixrac edə bilər” | 1news.az | Xəbərlər
Müsahibə

Səfir Dan Stav: “İsrail TANAP boru kəməri vasitəsilə öz təbii qazını ixrac edə bilər”

18:30 - 24 / 02 / 2016
Səfir Dan Stav: “İsrail TANAP boru kəməri vasitəsilə öz təbii qazını ixrac edə bilər”

1news.az-ın İsrailin Azərbaycandakı səfiri Dan Stav ilə müsahibəsi:

- Cənab səfir, Azərbaycan Respublikası ilə İsrail dövləti arasında hazırki münasibətləri necə qiymətləndirərdiniz?

- Azərbaycan müstəqillik əldə etdiyi gündən bəri ölkələrimiz arasında münasibətlər günbəgün dərinləşir və genişlənir. Buna səbəb, ölkələrimiz arasında sadəcə ortaq maraqlar deyil, həmçinin xalqlarımız arasındakı dostluq əlaqələridir.

- Azərbaycan qeyri-neft sektoru sahəsində gərgin çalışır. Ölkəniz bu sahədə hansı yeni texnologiyaları təklif edə bilər?

- Azərbaycan istisadiyyatın bir çox sahələri inkişafla bağlı böyük potensiala malikdir. Azərbaycanda İsrailin yüksək təcrübəsi söykənərək kənd təsərrüfatı, nəqliyyat, informasiya texnologiyaları və digər sahələri inkişaf etdirmək olar. Burada kənd təsərrüfatı sahəsini xüsusi vurğulamaq olar. Belə ki bu, Azərbaycanın əlverişli coğrafi şəraiti və zəhmətkeş insanları sayəsində daha uyğundur. İsrail dünyada məşhur olan bu sahədə yüksək nailiyyətlərə əldə edib. 

İsrailli mütəxxəsislərlə azərbaycanlı iş adamlarının əməkdaşlığı ikitərəfli əlaqələrin inkişafı üçün vacib rol oynaya bilər. İsrail texnologiyaları və yeniliklərini bu sahədə tətbiq etmək olar. Nümunə üçün, iki ölkə arasında tibb sahəsini də inkişaf etdirmək olar. Azərbaycanın Səhiyyə Nazirliyi İsrail ilə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

Ölkələrimiz arasında həmçinin, enerji mənbələri sahəsində də əməkdaşlığı inkişaf etdirmək olar. Nümunə üçün, enerji günəş və küləkdən yaranır. Bu sahə hətta enerji ehtiyatları olan ölkələr üçün də vacibdir. Birincisi, bu, əfrat mühitə az zərər vurur, ikincisi isə bundan müəyyən gəlir əldə etmək mümkündür. Qeyd etmək istərdim ki, İsraildə Azərbaycanla əməkdaşlıq etmək istəyən bir çox şirkətlər maraqlıdırlar.

- Müsahibələriniz birində qeyd etmisiniz ki, İsrail perspektiv üçün “Cənub Qaz Dəhlizi” layihəsinə qolşula bilər. Bu haqda ətraflı məlumat verə bilərsiniz?

- Azərbaycan qazının Avropaya tədürük edilməsini təmin edən “Cənub Qaz Dəhlizi” layihəsi olduqca iddialı və vacibdir. Onun reallaşması birinci dərəcəli olaraq Azərbaycan iqtisadiyyatına gəlir əldə etməyə imkanlar yaradacaq. Bildiyiniz kimi, beynəlxalq şirkətlər ölkəmizdə ciddi qaz ehtiyatları aşkar ediblər. Hazırda biz, bu qazın xaricə hansı vasitələrlə ixrac edilməsilə bağlı düşünürük. Qaz ixracı ilə bağlı mümkün variantlardan biri – Trans Anadolu qaz kəmədiridir (TANAP). Bu məsələ bir sıra ölkələrlə müzakirə ediləcək, ona görə də bu haqda qərar hələ qəbul edilməyib.

- Dünya siyasətində baş verən hazırki aktual məsələlərə toxunmaq istərdim. Ölkənizin Suriyada baş verən hadisələrlə bağlı mövqeyi necədir? Bu ölkənin gələcək taleyini necə görürsünüz?

- Suriya hadisələri 2011-ci ildən başlanıb. Bu müddət ərzində minlərlə insan müharibə əsnasında, eləcə də Bəşər Əsəd rejimi ilə əlaqədar həlak olub. Suriyanın gələcək taleyinə gəlincə, biz bu ölkəni kimin idarə etməsilə bağlı qərar vermirik. Lakin, fikrimizcə, “İslam Dövləti” (İŞİD) beynəlxalq ictimaiyyətin qəbul etməyəcəyi pis fenomendir. Digər tərəfdən də, Bəşər Əsəd rejimi ilə bağlı yaxşı nəsə söyləyə bilmərəm.

Biz, sərhədlərimizi keçən yaralı suriyalılara humanitar yardım göstəririr. Minlərlə suriyalıya İsrailin xəstəxanalarında lazımi tibbi kömək göstərilib. Ümid edirik ki, bu faciə tez bir zamanda sona çatacaq. Çünki ölkə fəlakət vəziyyətindədir. Lakin, bu fəlakətin sonu bilinmir. Və bu problem Yaxın Şərqdəki bütün vəziyyətlərə təsir edir.

- İsrail ilə Türkiyə arasında münasibətlərin yaxşılaşması nə dərəcədə realdır?

- Hazırda İsrail Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istərdi. Ümid edirəm ki, yaxın gələcəkdə biz, problemlərimizi nizamlaya bilərik.

- Bilmək istərdim, bu il ölkələrimiz arasında hansı rəsmi səfərlərin olması gözlənilir?

- Fevralın 9-da azərbaycanlı parlamentarilər üçgünlük səfərlə İsrailə gəliblər. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin müxtəlif partiyalardan olan deputatları – Səməd Seyidov, Asim Mollazadə, Yevda Abramov və Sevinc Fətəliyeva, eləcə də Bakıdakı İsrail Mərkəzinin rəhbəri Emiliya Xudiyev daxil idi.

Səfər zamanı “Bizim evimiz İsrail” partiyasının sədri Aviqdor Liberman, Knessetin beynəlxalq əlaqələr və müdafiə komissiyasının rəhbəri Çaxi Aneqbi və Knessetin spikeri Yuli Edelşteynlə görüşlər keçirilib.

Deputatların yüksək səviyyəli rəsmi görüşləri ölkəmizdə bu səfərə olan dəyərdən xəbər verir.

Ümid edirik ki, Knessetin nümayəndələrinin də Azərbaycana səfəri baş tutacaq. İsrailli nazirlərlə birgə azərbaycana səfərə dəvət edilmişik. Bundan əlavə İsrailin siyasi xadimləri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı  ilə martda Bakıda keçiriləcək IV Qlobal Bakı Forumuna dəvət ediliblər.

Dəvətlilər arasında İsrailin keçmiş baş naziri Ehud Barak, İsrailin keçmiş prezidenti Şimon Peres və İsrailin keçmiş xarici işlər naziri Çipi Livni də var.

- Cənab səfir, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində İsrailin mövqeyi necədir?

- Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində İsrailin rəsmi mövqeyi dəyişməyib. İsrail münaqişənin nizamlanması ilə bağlı tərəflər arasında birbaşa danışıqları saxlayır. Biz, bu sahədə Azərbaycanın narahatlığını başa düşürük, belə ki, məsələ uzun illərdir həll edilməyərək qalır. Başa düşürük ki, münaqişə həddindən artıq uzanıb.   

Qeyd edim ki, münaqişənin həlli zamanı Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmalıdır. Beynəlxalq ictimaiyyət tez bir zamanda bu problemin həlli ilə bağlı lazımi addımlar atmalıdır.

1news.az

 

Paylaş:
2075

Son xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53
Bütün xəbərlər