Ziyad Səmədzadə: "Xarici valyuta köçürmələrinə 20% verginin tətbiqi vətəndaşların hüquqlarını məhdudlaşdırar və investisiya mühitinə mənfi təsir edərdi" | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ziyad Səmədzadə: "Xarici valyuta köçürmələrinə 20% verginin tətbiqi vətəndaşların hüquqlarını məhdudlaşdırar və investisiya mühitinə mənfi təsir edərdi"

20:33 - 24 / 02 / 2016
Ziyad Səmədzadə: "Xarici valyuta köçürmələrinə 20% verginin tətbiqi vətəndaşların hüquqlarını məhdudlaşdırar və investisiya mühitinə mənfi təsir edərdi"

Azərbayacn prezidenti İlham Əliyevin 19 yanvar 2016-cı il tarixində Milli Məclisin iclasında qəbul olunmuş "Valyuta tənzimlənməsi haqqında" Qanuna dəyişiklik edilməsi haqqında Qanuna veto qoyması Azərbaycan vətəndaşlarının konstitusiya haqlarının qorunması məqsədini daşıyır.

1news.az xəbər verir ki, bunu fevralın 24-də Caspian European Club çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə bildirib.

Onun sözlərinə görə daha əvvəl qəbul olunmuş "Valyuta tənzimlənməsi haqqında" AR Qanuna "doğru maddələr daxil idi", halbuki 19 yanvar tarixində parlament tərəfindən qəbul olunan qanun Azərbaycan vətəndaşlarının hüquqlarını məhdudlaşdırırdı".

"Bu dəyişikliyə əsasən vətəndaşlar eyni vergini iki dəfə ödəmək məcburiyyətində idilər. Məsələn daşınmaz əmlakı sataraq əldə olunan vəsaiti xaricə köçürən vətəndaş əmlakın satışına görə vergi ödəməli, həmçinin başqa ölkəyə pul köçürmələrinə görə də köçürmə məbləği 50 min dollardan çox olduqda əlavə 20 faiz vergi ödənişi etməli idi.

Azərbaycan Respublikasının prezidenti ilk növbədə vətəndaşların konstitusiya haqlarına riayət olunmasının qarantıdır. Ona görə də dövlət başçısı qanuna dəyişikliyə veto quymaq hüququndan istifadə edib",- deyə Z.Səmədzadə bildirib.

Parlament komitəsinin sədri qeyd edib ki, qanuna dəyişikliyin qəbul olunması neqativ nəticələrə gətirib çıxara bilərdi.

"Bu əsasən investisiya mühitində, ölkədaxili və ölkəxarici biznesin qurulmasına mənfi təsir yaradardı",- o deyib.

Daha əvvəl xəbər verildiyi kimi 23 fevral tarixind keçirilən parlament iclası zamanı millət vəkilləri Prezident İlham Əliyevin "Valyuta tənzimlənməsi haqqında" Qanuna dəyişiklik edilməsinin məqsədəuyğun olmadığı haqqında qərarını dəstəkləyib.

Sahibkarların və investorların çoxsaylı müraciətlərini nəzərə alaraq sənəd parlamentə geri qaytarılıb.

Mövzu ilə əlaqədar oxuyun:

Prezident “Valyuta tənzimi haqqında” qanunu geri qaytardı

1news.az

Paylaş:
714

Son xəbərlər

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36
Bütün xəbərlər