Azərbaycanda dəmiryol xəttində yeni sahənin təmirinə başlanılıb-FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda dəmiryol xəttində yeni sahənin təmirinə başlanılıb-FOTO

10:02 - 24 / 02 / 2016
Azərbaycanda dəmiryol xəttində yeni sahənin təmirinə başlanılıb-FOTO

Azərbaycan dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilib

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyindən verilən məlumata görə, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Yeni layihənin icrasına oktyabr ayının sonlarında başlanılıb.

Fevralın 24-də Gəncə - Zazalı mənzilində 8 km-lik yolun əsaslı təmirinə başlanılır. Təmir işləri bir həftə davam edəcək.

Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi  həyata keçirir.

1news.az

Paylaş:
796

Son xəbərlər

Bütün xəbərlər