Bakıda ağır yol -nəqliyyat hadisəsi törədən avtobus sürücüsü alkoqol yoxlamasından keçəcək- FOTO- VİDEO- YENİLƏNİB
Videokadrları əsəbləri zəif şəxslərin və uşaqların izləməsi tövsiyyə olunmur.
Hadisədən sonra saxlanılan 62 nömrəli avtobs sürücüsü Anar İsmayılov avtobus sürərkən alkoqol qəbul edib-etmədiyini müəyyən etmək üçün tibbi ekspertizaya göndərilib.
AR DİN-in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri polkovnik- leytenanat Orxan Mansurzadənini 1news.az-a verdiyi məlumata görə, sürücü A.İsmayılovun avtobus idarə etmək izni olub-olmadığı da müəyyən olunur.
Qeyd edək ki, digər - 36 nömrəli avtobusun sürücüsü Rafael Musayev xəsarət alıb və hazırda xəstəxanadadır. Hadisə ilə bağlı onun da ifadəsi alınıb.
1news.az
14.40
62 saylı avtobusun sürücüsü Anar İsmayılov saxlanılıb.
1news.az-a DİN-in mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Orxan Mansurzadənin verdiyi məlumata görə, Bakının Nizami rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263(“Avtomobil, tramvay və ya digər nəqliyyat vasitəsilə yol-nəqliyyat hadisəsini törədən şəxslə bağlı”) maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, yol-nəqliyyat hadisəsi zamanı Daewoo markalı avtobusdan başqa, Nissan Almera avtomobili və Isuzu markalı digər avtobus da xəsarət alıblar. İlkin fərziyyələrə görə, 62 saylı avtobusun sürücüsü Anar İsmayılov işıqforun qırmızı işığında hərəkət edib.
1news.az
13:23
ANS telekanalı bu gün Bakı şəhəri Nizami rayonunda baş verən avtobus qəzası zamanı çəkilmiş kadrları nümayiş etdirib.
1news.az xəbər verir ki, kadrlarda həlak olan sərnişini,xəsarət alan insanları, xüsusən, psixoloji şok keçirən qadın sərnişini və avtobusun tamamilə deformasiyaya uğramış salonunu görmək mümkündür.
Fakt üzrə araşdırma aparılır.
12:52
Bakıda baş verən avtobus qəzasında ölən və xəsarət alanların kimliyi açıqlanıb.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində xəsarət alan 12 nəfər 3 saylı şəhər Klinik Xəstəxanasına gətirilib. Onlardan 8 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Həmin şəxslər aşağıdakılardır:
1994-cü il təvəllüdlü Mirzəzadə Nərmin Cavanşir qızı
1960-cı il təvəllüdlü Səfərov İlqar Bulud oğlu
1983-cü il təvəllüdlü Seyidli Sənubər Mirqədim qızı
1985-ci il təvəllüdlü Qurbanov Zahir Zahid oğlu
1992-ci il təvəllüdlü Nəsirov Vüsal Asif oğlu
1965-ci il təvəllüdlü Zahidov Çingiz Abdul oğlu
1999-cu il təvəllüdlü Quliyev Yusif Xanoğlan
1986-cı il təvəllüdlü Mustafayev Ruslan Babaş
Xəstəxananın həkim-travmotoloqu Ədalət Abdullayev bildirib ki, digər 4 nəfərin isə vəziyyəti orta-ağır qiymətləndirilir və onların müalicəsi davam etdirilir.
Həmin şəxslər aşağıdakılardır:
1986-cı il təvəllüdlü Səmədov Emil Siyasət oğlu
1961-ci il təvəllüdlü Xəlilova Münəvvər Abdulla qızı
1980-cı il təvəllüdlü Musayev Rafael Məmməd oğlu
1981-ci il təvəllüdlü Ağayev Sadiq Ağayar oğlu
Qeyd edək ki, məlum qəza hadisəsi bu gün səhər saatlarında paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. 62 saylı xətt marşrutu üzrə hərəkətdə olan marşrut avtobusu işıqforun qırmızı işığında dayanmayıb, hərəkəti davam etdirib. Nəticədə 36 saylı xətt avtobusu və “Nissan” markalı minik avtomobili ilə toqquşub.
Nəticədə 62 saylı avtobusun sərnişinlərdən Asif Yusif oğlu Nəsirov hadisə yerində ölüb. Onun keçmiş polis əməkdaşı olduğu bildirilir.
1news.az
11:18
Bakıda baş verən avtobus qəzasında ölən şəxsin kimliyi açıqlanıb.
1news.az–a Bakı şəhəri Nizami rayonu Polis İdarəsindən verilən məlumata görə, bu şəxs bakı sakini Asif Nəsirov olub. YNH zamanı xəsarət alanların sayı artıb. Daewoo (90-HS-692) nömrə nişanlı avtobusun 12 sərnişini və “Nissan” markalı avtomobil sürücüsü müxtəlif səviyyəli xəsarətlər alıb.
Hadisə şahidlərinin dediyinə görə, qəzaya avtobusun işıqforu qırmızı işıqda keçməsi səbəb olub.
Hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırmaları davam etdirir.
10:48
Bakıda sərnişin avtobusu qəzaya düşüb.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun Qara Qarayev stansiyası yaxınlığında qeydə alınıb.
62 saylı xətt üzrə hərəkət edən marşrut avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfərin öldüyü, xeyli sərnişinin xəsarət aldığı bildirilir.
Bakı şəhər Təcilli Tibbi yardım Stansiyasından bildirilib ki, hadisə yerinə 7 briqada göndərilib. Artıq 10-a yaxın şəxs xəstəxanalara çatdırılıb. Hazırda xəsarət alan digər şəxslərin xəstəxanalara aparılması davam etdirilir.
1news.az