Nardaranda yanğından mühafizə bölməsinin açılışı olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Nardaranda yanğından mühafizə bölməsinin açılışı olub

11:15 - 24 / 02 / 2016
Nardaranda yanğından mühafizə bölməsinin açılışı olub

Nardaran qəsəbəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Sabunçu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 24 nömrəli yanğından mühafizə bölməsinin açılışı olub.

1news.az-ın verdiyi xəbərə görə, açılış mərasimində fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev iştirak ediblər.

Məlumat verilib ki, ən yüksək standartlara cavab verən müasir avadanlıqla təchiz olunan binada şəxsi heyətin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binanın foyesində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotolardan ibarət guşə yaradılıb.

Bölmənin ərazisində yanğın deposu, nəzarət-buraxılış məntəqəsi, qazanxana, nasosxana, su anbarı, avtoyuma inşa olunub. Bundan başqa, inzibati binada dispetçer, tədris, qəbul və istirahət otaqları, yeməkxana da var. Bölmə ən müasir yanğınsöndürmə avtomobilləri ilə təmin edilib.

Qeyd edilib ki, 30 nəfərdən ibarət şəxsi heyəti olan bölmənin ərazisi 900 kvadratmetrdir. Bölmənin istifadəyə verilməsi bu ərazidə yanğın təhlükəsizliyinin daha etibarlı təmin edilməsi və yanğınsöndürmə tədbirlərinin operativ həyata keçirilməsini asanlaşdıracaq.

Nazir müavini E.Mirzəyev jurnalistlərə açıqlamasında deyib ki, 24 nömrəli yanğından mühafizə bölməsi Nardaran qəsəbəsinin sosial-iqtisadi inkişafi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin dekabrında imzaladığı Sərəncama əsasən istifadəyə verilib.

Nazir müavini gələcəkdə bölmə əməkdaşlarının 60 faizinin Nardaran sakinlərindən ibarət olacağını, artıq bununla bağlı gənclərin ərizələrinin qəbul edildiyini bildirib.

E. Mirzəyev Nardaran gənclərinin Dövlət Yanğından Mühafizə Xidmətinin Bakının digər rayonlarındakı hissə və bölmələrdə də işə qəbul ediləcəyini qeyd edib. O, əvvəllər Nardaranda baş verən hadisələr zamanı Bakının digər rayonlarından yanğınsöndürənlərin cəlb olunduğunu, bunun da vaxt itkisinə səbəb olduğunu söyləyib:

“Bölmənin istifadəyə verilməsi bu ərazidə yanğın təhlükəsizliyinin daha etibarlı təmin edilməsi və yanğınsöndürmə tədbirlərinin operativ həyata keçirilməsini asanlaşdıracaq”.

1news.az

Paylaş:
521

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər