Baş nazirin müavini: “Dərmanların ƏDV-dən azad edilməsi təklifi diqqətdədir”
“Dərmanların əlavə dəyər vergisindən azad edilməsi təklifləri barədə düşünmək lazımdır. Təkliflər var, amma bu təkliflərin üzərində işlənilməlidir”.
1news.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov deyib:
“Baxmaq lazımdır ki, bu nə dərəcədə büdcənin üzərinə yük qoya bilər. Bu təklif diqqətdədir, bunun üzərində iş gedir. Bu hal büdcəyə xüsusi problem yaratmayacaqsa, müsbət həll etmək mümkündür. Amma indidən qəti bir söz demək çətindir”- deyə, Ə.Əhmədov qeyd edib.
1news.az
431