Xalq artisti İlhamə Quliyevanın ölüm səbəbi məlum oldu – VİDEO
“Həkim rəyinə əsasən İlhamə Quliyeva ürək çatışmazlığından vəfat edib”.
1news.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mərhumun qohumu, müğənni Əli Mirəliyev deyib. Onun sözlərinə görə, səhər saatlarında İlhamə Quliyevanın ürəyində problem yaranıb:
“Tromb, təzyiqi, şəkəri var idi. Ürəyində problem var idi. Böyrəyinin biri işləmirdi. Bu gün səhər deyib ki, özümü pis hiss edirəm, Əli Mirəliyevə xəbər edin. Gəldim gördüm ki, keçinib, yoxdur həyatda. Təxminən 10 dəqiqə can verdi. Təcili yardım maşını gələnə kimi vəfat edib”, - deyə, Ə.Mirəliyev bildirib.
Qeyd edək ki, Azərbaycanın xalq artisti İlhamə Quliyeva bu gün səhər saatlarında vəfat edib. Təcili yardım çağırılsa da, həkimlərin müdaxiləsi nəticəsiz qalıb, İ.Quliyeva dünyasını dəyişib.
1news.az