Xalq artisti İlhamə Quliyeva II Fəxri xiyabanda dəfn olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Xalq artisti İlhamə Quliyeva II Fəxri xiyabanda dəfn olunacaq

16:00 - 25 / 02 / 2016
Xalq artisti İlhamə Quliyeva II Fəxri xiyabanda dəfn olunacaq

Xalq artisti İlhamə Quliyeva sabah dəfn olunacaq.

1news.az-ın APA-ya istinadən məlumatına görə bu haqda Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin mətbuatla iş sektorunun müdiri İntiqam Hümmətov bildirib ki, xalq artisti ilə vida mərasimi fevralın 26-da saat 12.00-dan 14.00-dək Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçiriləcək.

İ. Quliyeva II Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, xalq artisti bu gün səhər 73 yaşında vəfat edib.

1news.az

Paylaş:
540

Son xəbərlər

Bütün xəbərlər