2016-2017-ci tədris ili üçün I sinfə şagird qəbulunun vaxtı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

2016-2017-ci tədris ili üçün I sinfə şagird qəbulunun vaxtı açıqlanıb

11:08 - 25 / 02 / 2016
2016-2017-ci tədris ili üçün I sinfə şagird qəbulunun vaxtı açıqlanıb

Təhsil nazirinin 19 fevral 2016-cı il tarixli 108 nömrəli əmrinə əsasən, 2016-2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi prosesinə hazırlıq artıq yekunlaşmaq üzrədir.

Bu haqda 1news.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən (BŞTİ) m’lumat verilib.

Məlumata əsasən, Bakı şəhərinin ümumtəhsil məktəblərinə, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarına elektron sistem vasitəsilə I sinfə şagird qəbulunun mart ayının əvvəlində başlaması nəzərdə tutulub:

“Bu barədə yaxın günlərdə mediaya və ictimaiyyətə məlumat veriləcək”.

Qeyd olunub ki, şagirdlərin I sinfə elektron sənəd qəbulu www.mektebeqebul.edu.az saytı vasitəsilə həyata keçiriləcək.

1news.az

Paylaş:
931

Son xəbərlər

Bütün xəbərlər