Xalq artisti İlhamə Quliyeva vəfat edib
Azərbaycanın və Dağıstanın Xalq artisti, “Şərəf” və “Şöhrət” ordenlərinə layiq görülmüş müğənni İlhamə Quliyeva 72 yaşında vəfat edib.
İlkin fərziyyələrə görə, müğənni beyninə qansızmasından dünyasını dəyişib. Lakin bu məlumat hələ dəqiqləşdirilir.
Xatırladaq ki, İlhamə Quliyeva 1943-cü il avqustun 17-də Bakıda doğulub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.
Müğənninin repertuarında Azərbaycan və əcnəbi bəstəkarların mahnıları yer almışdı. Bir çox xarici ölkələrdə qastrol səfərlərini (İngiltərə, İspaniya, Türkiyə, Almaniya) həyata keçirmişdi.
Allah rəhmət eləsin!
1news.az