Çətin həyat şəraitində olan uşaqlara və ailələrə günərzi sosial xidmətlər göstəriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Çətin həyat şəraitində olan uşaqlara və ailələrə günərzi sosial xidmətlər göstəriləcək

18:33 - 26 / 02 / 2016
Çətin həyat şəraitində olan uşaqlara və ailələrə günərzi sosial xidmətlər göstəriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı tədbirlərini davam etdirir.

1news.az-ın məlumatına görə, bu istiqamətlərdən biri kimi, ölkənin ayrı-ayrı rayonlarında uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların, ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə ixtisaslaşmış vətəndaş cəmiyyətləri tərəfindən günərzi xidmətlərin göstərilməsi nəzərdə tutulur.

Fəaliyyət istiqamətləri sırasına 7 yaşadək uşaqlar arasında əlilliyin qarşısının alınması və sağlamlıq imkanları məhdud uşaqların Portec metodikası ilə sosial reabilitasiyası, bu təbəqədən olan uşaqlar və əlilliyi olan şəxslər arasında idman tədbirlərinin keçirilməsi, onların beynəlxalq yarışlarda iştirakına şərait yaradılması da daxildir.

Görmə imkanları məhdud olan uşaqlara xüsusi proqramlar vasitəsilə idman, incəsənət və xalq sənəti növlərinin öyrənilməsinə yardım göstərilməsi, eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqların surdoloji xidmətlərlə təmin olunması da nəzərdə tutulur.

Sosial təhlükəli vəziyyətdə olan kimsəsiz uşaqların sosial reabilitasiyası, əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat işinin gücləndirilməsi və s. də fəaliyyət istiqamətlərinə daxildir.

Nazirlikdən verilən məlumata görə, 2015-ci ildə nazirliyin sosial sifarişlər əsasında ixtisaslaşmış QHT-lər tərəfindən ümumilikdə 1500 nəfərdən çox sağlamlıq imkanları məhdud və ya çətin həyat şəraitində olan uşaq, eləcə də müvafiq hallarda onların ailələri sosial və reabilitasiya yönümlü xidmətlərlə təmin olunub.

1news.az

Paylaş:
636

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər