Azərbaycanla Çin arasında münasibətlərin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında bəyannamə təsdiq edilib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycanla Çin arasında münasibətlərin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında bəyannamə təsdiq edilib

00:12 - 27 / 02 / 2016
Azərbaycanla Çin arasında münasibətlərin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında bəyannamə təsdiq edilib

Milli Məclis “Azərbaycan Respublikası və Çin Xalq Respublikasının dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında” Birgə Bəyannaməni təsdiq edib.

1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası və Çin Xalq Respublikasının dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında” 2015-ci il dekabrın 10-da Pekin şəhərində imzalanmış Birgə Bəyannamə təsdiq edilsin”.

President.az

Paylaş:
940

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər