SOCAR-ın idarəetmə forması dəyişib | 1news.az | Xəbərlər
Rəsmi

SOCAR-ın idarəetmə forması dəyişib

23:37 - 26 / 02 / 2016
SOCAR-ın idarəetmə forması dəyişib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) idarəetmə forması dəyişib, şirkət prezidentinin səlahiyyətləri məhdudlaşdırılıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu, Azərbaycan  Prezidenti İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında fərmanında əksini tapıb.

Dəyişikliyə əsasən, SOCAR Şurasının statusu dəyişib. İndiyə qədər SOCAR Şurası SOCAR  prezidenti yanında fəaliyyət göstərən məşvərətçi orqan olub, Şurasının iclaslarına SOCAR prezidenti sədrlik edib. Şuranın tərkibinə Şirkətin vitse-prezidentləri və Şirkətin prezidenti tərəfindən təyin olunmuş Şirkətin digər vəzifəli şəxsləri daxil olub.

Dəyişikliyə əsasən, isə artıq SOCAR Şurası kollegial idarəetmə orqanıdır. Şirkətin Şurasının tərkibinə vitse-prezidentləri və Şirkətin prezidenti tərəfindən müəyyən olunan digər vəzifəli şəxslərlə bərabər SOCAR prezidentinin özü də daxil olacaq. Şuranın iclaslarına isə yenə də SOCAR prezidenti sədrlik edəcək. SOCAR prezidenti Şuranın Əsasnaməsini təsdiqləməlidir.

Şuranın statusunun artması ilə bu orqan artıq SOCAR əsas idarəedici funksiyanı yerinə yetirəcək. İndiyə qədər  Nizamnaməyə əsasən Şuranın fəaliyyəti formal xarakter daşıyıb. Başqa sözlə, Şuranın iclasında SOCAR-ın tərkibinə daxil olan müəssisələrin fəaliyyətinə dair illik iş proqramları və onların yerinə yetirilməsi haqqında hesabatlar, SOCAR-ın mərkəzləşdirilmiş fondlarının yaradılması və istifadə olunması qaydaları, tərkibinə daxil olan müəssisələrin qarşılıqlı münasibətlərinin, məhsul, xidmət və işlərin hesablama qiymətləri, SOCAR-ın tərkibinə daxil olan müəssisələrin istehsal və təsərrüfat funksiyalarının tam və ya qismən mərkəzləşdirilməsi, SOCAR-ın xarici şirkətlərlə birgə işinin məqsədə uyğunluluğu, SOCAR-ın tərkibinə daxil olan müəssisələr arasındakı münasibətlərdə yaranan mübahisələr, SOCAR-ın şirkətin fəaliyyətinə aid olan digər məsələlər məsələlər müzakirə oluna bilərdi. Bu zaman Şuranın bu məsələlərlə bağlı qərar qəbul etmək səlahiyyəti yox idi. Dəyişikliyə əsasən isə SOCAR Şurasına bu məsələlərlə bağlı qərar qəbul etmək səlahiyyəti verilib. Eyni zamanda Şura SOCAR-ın xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Şirkətin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən əqdin bağlanması barədə də qərar qəbul edəcək.

Digər dəyişikliklə SOCAR-da vəzifəli şəxslərin qohumları ilə bağlanan əqdlərə nəzarət forması sərtləşdirilib. Bundan sonra SOCAR-ın Şurasının üzvləri, habelə komitələrinin və şirkətin strukturuna daxil olan qurumların rəhbərləri özlərinin birbaşa və ya dolayısı ilə iştirak etdiyi hüquqi şəxslərin, habelə qohumlarının (ərinin (arvadının), valideynlərinin, o cümlədən ərinin (arvadının) valideynlərinin, babalarının və nənələrinin, övladlarının, övladlığa götürənlərinin və ya götürülənlərinin, qardaşlarının və bacılarının) bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Şirkətin Şurasına yazılı şəkildə təqdim etməlidirlər.

President.az

Paylaş:
8496

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər