Azərbaycanla Belorus arasında sosial-iqtisadi əməkdaşlıq haqqında müqavilə təsdiq olunub | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycanla Belorus arasında sosial-iqtisadi əməkdaşlıq haqqında müqavilə təsdiq olunub

13:10 - 29 / 02 / 2016
Azərbaycanla Belorus arasında sosial-iqtisadi əməkdaşlıq haqqında müqavilə təsdiq olunub

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında” Müqaviləni və onun Proqramını təsdiq edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında” 2015-ci il noyabrın 28-də Minsk şəhərində imzalanmış Müqavilə və onun Proqramı təsdiq edilsin”.

President.az

Paylaş:
605

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər