“Oskar” mükafatının yeni sahibləri – SİYAHI – FOTO – VİDEO
Los-Ancelesdə 88-ci “Oskar” kino təqdimatı başa çatıb.
Ən çox mükafat alan film “Ağılsız Maks: Qəzəb yolu” olub. Fantastik doyüş filmi ən yaxşı kostyum, rəssam işi, ən yaxşı qrim və saç düzümü, montaj, səs montajı və səs tənzimləmə nominasıyalarının qalibi olub.
“Oskar” Mükafatına layiq görülən filmlərin tam siyahısını təqdim edirik.
“Ən yaxşı orijinal ssenari” – “ Diqqət mərkəzində” ( Con Siger və Tom Makkarti)
“Ən yaxşı adaptasiya olunmuş ssenari” - “Enməyə aid oyun” ( Adam Makkey və Çarlz Rendolf)
“Ən yaxşı ikinci plan qadın rolu” – Alisiya Vikander (“ Danimarkalı qız”)
“Ən yaxşı kostyum dizaynı” – “Ağılsız Maks: Qəzəb yolu”
“Ən yaxşı qrim və saç düzümü” – “Ağılsız Maks: Qəzəb yolu”
“Ən yaxşı quruluşçu rəssam işi” – “Ağılsız Maks: Qəzəb yolu”
“Ən yaxşı operator işi” – “Sağ qalan” (Emanuel Lyubetski)
“Ən yaxşı montaj” – “Ağılsız Maks: Qəzəb yolu”
“Ən yaxşı səs montajı” – “Ağılsız Maks: Qəzəb yolu”
“Ən yaxşı səs tənzimləməsi” – “Ağılsız Maks: Qəzəb yolu”
“Ən yaxşı vizual effektlər” – “Maşından” ( Eks- maşın)
“Ən yaxşı qısametrajli animasiya filmi” – “Ayı hadisəsi”
“Ən yaxşı animasiya filmi” – “Bulmaca”
“Ən yaxşı ikinci plan aktyoru” – “Casus körpüsü ” Mark Raylens
“Ən yaxşı qısametrajli sənədli film” – “Suda olan qız”
“Ən yaxşı sənədli film” – “Emi”
“Ən yaxşı qısametrajli film” – “Pəltək”
“Xarici dildə ən yaxşı film” – “Saulun oğlu” ( Macarıstan)
“Ən yaxşı sauntrek” – Ennio Marrikone (“İyrənc səkkizlik”)
“Ən yaxşı mahnı” – "Writing's on the Wall" ( Sem Smit“Spekrt”)
“Ən yaxşı rejissor” – Alehandro Qonsales İnyarritu(“Sağ qalan”)
“Ən yaxşı aktrisa” – Bri Larson (“Otaq”)
“Ən yaxşı aktyor” – Leonardo di Kaprio (“Sağ qalan”)
“Ən yaxşı film” – “Diqqət mərkəzində ( Sportlight)
Xatırladaq ki, “Oskar” mükafatının 88-ci təqdimat mərasiminə Holluvudun “Dolbi” teatrında Bakı vaxtı ilə 05:30-da start verilib.
1news.az