Bakıda ana ilə qızını vuran sürücü barəsində cinayət işi açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ana ilə qızını vuran sürücü barəsində cinayət işi açılıb

13:50 - 29 / 02 / 2016
Bakıda ana ilə qızını vuran sürücü barəsində cinayət işi açılıb

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın məlumatına görə, hadisə fevralın 27-də saat 16:30 radələrində Parlament prospektində, Milli Məclisin qarşısında qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini Orxan Novruzov idarə etdiyi “Daewoo” markalı, 10 TC 493 dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhər sakini, 1980-cı il təvəllüdlü Səadət Hüseynova və onun 2000-ci il təvəllüdlü qızı Nuranə Hüseynovanı vurub.

Nəticədə S.Hüseynova aldığı xəsarətlərdən Kliniki Tibbi Mərkəzdə vəfat edib, N. Hüseynovanın müalicəsi isə davam etdirilir.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun məlumatına görə, faktla bağlı  Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla yol nəqliyyat hadisəsinin O.Novruzov tərəfindən törədilməsinə əsaslı şübhələr olduğundan, o, tutularaq   istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

1news.az

Paylaş:
532

Son xəbərlər

Bütün xəbərlər