Masallı sakini qaz borusunda baş verən partlayışda xəsarət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallı sakini qaz borusunda baş verən partlayışda xəsarət alıb

14:33 - 29 / 02 / 2016
Masallı sakini qaz borusunda baş verən partlayışda xəsarət alıb

Masallı rayonunda qaz borusunda partlayış baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən saat 16:00 radələrində adıçəkilən rayonun Ərkivan qəsəbəsində qeydə alınıb.

Belə ki, rayon sakini Həsən Abbasov kanalizasiya borusunun içərisində təmir işləri apararkən oradan keçən qaz borusundan təbii qazın sızması nəticəsində partlayış baş verib.

Yanıq xəsarəti almış H.Abbasova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

1news.az

 

Paylaş:
537

Son xəbərlər

Bütün xəbərlər