Moskva metrosunda dəhşət: qadın əlində kəsilmiş uşaq başı ilə “Allahu Əkbər” qışqırır - VİDEO
Rusiyanın “Telekanal360” kanalı 3 yaşlı uşağın başını kəsdikdən sonra “Oktyabrskoye Pole” metrosu yaxınlığında özünü partladacağı ilə hədələyən qadının videosunu yayımlayıb.
Kadrlardan görünür ki, polislərdən biri qadını yerə yıxır bundan sonra digər polislər də onlara yaxınlaşır. Uşağın kəsilmiş başı əlindən yerə düşür.
“Mən demokratiyaya nifrət edirəm. Mən terrorçuyam. Sizin ölümünüzü istəyirəm...Siz bizi çox məhv etmisiniz. Baxın mən bombardmançıyam, indi öləcəyəm, bir dəqiqədən sonra həyatın sonu gələcək”, qatıl qadın polis tərəfindən tutalarkən qışqırıb.
Rusiya Federasiyasının Moskva üzrə Baş Əməliyyat İdarəsindən verilən məlumata görə, 38 yaşlı qadın Orta Asiyadan gələn miqrantdır.
“ Orta Asiya vətəndaşı, 1977-ci ildə anadan olan qadın dayə olduğu ailənin valideynləri və böyük uşağı evdən çıxandan sonra məlum olmayan səbəblərdən kiçik yaşlı uşağı öldürüb, evi yandıraraq hadisə yerini tərk edib”,- deyə məlumatda bildirilir.
1news.az
15:47
Moskvada “Oktyabrskoyepole” metro stansiyasının yerləşdiyi ərazi mühasirəyə alınıb.
1news.az-ın REN TV-yə istinadən verdiyi məlumata görə, buna səbəb əlində kəsilmiş uşaq başı olan naməlum şəxsin “Allahu Əkbər” qışqırması olub.
Həmin adam qara paltarda olduğundan hüquq-mühafizə orqanlarının əməkdaşları onun kişi ya qadın olduğunu müəyyən etməkdə çətinlik çəkiblər.
Bu barədə “Moskva” agentliyinə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəsmi nümayəndəsi Yuliya İvanova bildirib.
Saxlanılan şəxs meyiti yanğın baş vermiş mənzildə tapılan uşağın qətlində şübhəli bilinir. Y.İvanovanın sözlərinə görə, həmin qadın qətlə yetirilən uşağın dayəsi olub.
Eyni zamanda, “Oktyabrskoye pole” metro stansiyası yaxınlığında əlində kəsilmiş uşaq başı olan hicablı qadın özünü partlatmaqla hədələyib.
Qeyd edək ki, bu gün səhər “Oktyabrskoye pole” metro stansiyasına yaxın ərazidə mənzildə yanğın baş verib. Yanğın söndürüldükdən sonra hadisə yerində 3-4 yaşlı uşağın başı kəsilmiş meyiti aşkarlanıb. İlkin ehtimallara görə, uşaq öldürüldükdən sonra mənzil yandırılıb.
Faktla bağlı araşdırma aparılır.
1news.az