Rasim Musabəyov Prezident İlham Əliyevin Ruhani və Putinlə telefon danışığına münasibət bildirib
KİV-lərin diqqətini İran səfərindən qayıdan Azərbaycan prezidentinin diplomatik aktivliyi cəlb edib. Azərbaycan Prezidentinin Rusiya Federasiyası Prezidenti Vladimir Putinlə və İran prezidenti Həsən Ruhani ilə telefon danışıqları Azəebaycan liderinin cəlb olunduğu məsələlərin vacibliyini sübut edir.
İrihəcmli layihələrdən “Şimal-Cənub” dəmiryolu dəhlizinin qısa zamanda tikintisinin başa çatmasını qeyd etmək olar. Bundan əlavə 3 ölkə elektrik xətti ötürücülərinin birləşməsini qeyd etmək olar.
Rusiya və İran neft və qaz təchizatında əvəzetmə mexanizmində maraqlı olduqlarından danışdı. Bunu effektiv şəkildə əməliyyatlarda Azərbaycanın iştirakı ilə təmin etmək olar.
İstasna etmirəm ki, müzakirə mövzularına Suriya məsələsi də daxil idi. Rusiyadan bu əraziyə yüklərin daşınması Qara dənizdənsu yolu ilə, həm Azərbaycan, İran və İrakdan keçməklə quru yolu ilə daşımaq mümlündür.
Ölkəmiz Türkiyə, Qərb dövlətləri, o cümlədən Rusiya və İranın güvəninin qazandığı üçün Suriyada humanitar fəlakətin qarşısının alınmasında rol oynaya bilər. Bakı Suriya münaqişəsinin həllində dialoq meydançası rolunu oynaya bilər. Hal –hazırda Mİnsk Ukraynanın cənub-şərqindəki problemin həllində bu rolu oynayır.