“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının Birgə Bəyannaməsi imzalanıb
Fevralın 29-da Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının Birgə Bəyannaməsi imzalanıb.
1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Mogerini imzalanma mərasimində iştirak ediblər.
Birgə Bəyannaməni “Cənub Qaz Dəhlizi” layihəsinin iştirakçısı olan ölkələrin nazirləri və xüsusi nümayəndələri imzalayıblar.
Bununla da “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin Bakıda keçirilən ikinci toplantısı işini başa çatdırıb.
President.az
841