Təhsil naziri Xaçmaz şəhərində vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil naziri Xaçmaz şəhərində vətəndaşları qəbul edəcək

18:38 - 29 / 02 / 2016
Təhsil naziri Xaçmaz şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov martın 9-u  saat 11:00-da Xaçmaz şəhərindəki Tarix-Diyarşünaslıq Muzeyində Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayon sakinlərini qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən 1news.az -a verilən məlumata görə, Qəbulda Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 29 fevral və 1, 2, 3, 4 mart 2016-cı il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

1news.az

 

Paylaş:
518

Son xəbərlər

Bütün xəbərlər