Bakıda Yeni Türkan qəsəbəsi salınacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda Yeni Türkan qəsəbəsi salınacaq

19:03 - 29 / 02 / 2016
Bakıda Yeni Türkan qəsəbəsi salınacaq

“Böyük Bakının Regional İnkişaf Planı” layihəsinə uyğun olaraq Bakı ərazisində Yeni Türkan qəsəbəsi yaradılacaq.

1news.az  AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

Layihəyə əsasən, qəsəbənin mərkəzi küçələrində 3-5 mərtəbəli terras tipli yaşayış binaları və ətrafda həyətyanı sahəyə malik fərdi evlərin layihələndirilməsi nəzərdə tutulur. Həmçinin inzibati, sənaye, sosial-mədəni və məişət müəssisələri, istirahət mərkəzləri yaradılması planlaşdırılır.

Ərazidə yerləşən daş karxanalarının yerində süni göllər yaradılaraq istirahət guşələri kimi istifadə ediləcək. Layihələndirilmiş ərazi 1350 hektar olmaqla, 35-40 min nəfər əhali üçün hesablanıb.

Yeni salınacaq qəsəbə şərqdən mövcud Qala-Türkan, cənubdan Hövsan-Türkan və şimaldan isə Zığ-Türkan yolunu birləşdirən avtomobil yolları ilə əhatələnir. Ərazidə yaşayış və sahibkarlıq fəaliyyəti üçün ayrılmış ərazilər, eləcə də sənaye əraziləri və hazırda istismarı dayandırılmış daş karxanaları mövcuddur.

Ərazinin şimal hissəsindən Samur-Abşeron su kanalı və neft kəməri keçir.

1news.az  

Paylaş:
2380

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər