Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir | 1news.az | Xəbərlər
Siyasət

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

11:27 - 29 / 02 / 2016
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

Fevralın 29-dan martın 4-dək Tirana şəhərində (Albaniya) Tərəfdaşlıq təlim və tədris mərkəzi rəislərinin illik konfransı, Kunqsanqen şəhərində (İsveç) öyrənilmiş təcrübələr üzrə qərargah zabiti kursu keçiriləcək.

1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, bundan başqa Ramştayn şəhərində (Almaniya Federativ Respublikası) Əməliyyat İmkanları Konsepsiyası üzrə işçi qrupunun birinci görüşü, fevralın 29-dan martın 18-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya Federativ Respublikası) dil testi üzrə təkmilləşdirmə seminarı, Ankara şəhərində (Türkiyə) fevralın 29-dan martın 11-dək silahlı münaqişə kursları keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

1news.az

Paylaş:
635

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər