Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin sabiq direktoru Bakıya gələcək | 1news.az | Xəbərlər
Siyasət

Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin sabiq direktoru Bakıya gələcək

12:32 - 29 / 02 / 2016
Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin sabiq direktoru Bakıya gələcək

Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru, Xarici işlər nazirinin sabiq birinci müavini  Vyaçeslav Trubnikov IV Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək. 

1news.az-ın məlumatına görə, tədbir Diasporla İş üzrə Dövlət Komitəsini dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq.

Martın 10-11-də Bakı şəhərində keçiriləcək “Çoxqütblü dünyaya doğru” mövzusuna həsr olunan Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu müzakirə olunacaq. Bundan başqa, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri  ilə bağlı məsələlər də forumun gündəliyinə daxildir.

Qeyd edək ki, Vyaçeslav Trubnikov 1996-2000-ci illərdə Xarici Kəşfiyyat Xidmətinin direktoru, 2000-2004-cü illərdə Rusiya Federasiyası xarici işlər nazirinin birinci müavini vəzifəsində çalışıb. Eyni zamanda, 2004-2009-cü illərdə Rusiya Federasiyasının Hindistandakı fövqəladə və səlahiyyətli səfiri olub.

V.Trubnikov hal-hazırda E. Primakov adına Beynəlxalq Münasibətlər və Dünya İqtisadiyyatı İnstitutunda baş elmi işçi, Rusiya Federasiyasının Siyasi Araşdırmalar Mərkəzinin  Ekspert-Məşvərət Şurasının üzvüdür.

1news.az

Paylaş:
704

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər