Azərbaycan vətəndaşları ombudsmana sadələşdirilmiş formada müraciət edə biləcəklər
“İnternet insanların daha çox məlumat əldə etdiyi məkandır. Burada onlar öz fikirlərini ifadə edir, elm öyrənir, elektron kitabxanalara daxil olur, dövlət orqanlarına müraciət edirlər”.
1news.az-ın verdiyi xəbərə görə, bu haqdaOmbudsman Aparatının rəhbəri Aydın Səfixanlı Avropa Şurasının standartlarına uyğun olaraqbirgə keçirilən“Söz azadlığı və Azərbaycanda media”layihəsi çərçivəsində “İnternet və insan hüquqları” konfransı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanda vətəndaşların internetdən istifadəsi üçün genişimkanlar yaradılıb.
“Ölkədə “Elektron hökumət” portalı yaradılıb ki, bunun köməkliyi ilə vətəndaşlar dövlət orqanlarına müraciət edə bilərlər”, - A.Səfixanlı bildirərək qeyd edib ki, Ombudsman Aparatının internet səhifəsi təkmilləşdirilib və gələcəkdə də vətəndaşlar sadələşdirilmiş formada birbaşa olaraq “Elektron hökumət” portalı vasitəsilə ombudsmanla əlaqə yarada biləcəklər.
O, qeyd edib ki, dövlət qurumlarının qarşısında öz veb-səhifələrini daha da təkmilləşdirmək vəzifəsi dayanır:
“Həmçinin internetdə insan hüquqları və şəxsi toxunulmazlıq da vacib məsələlərdəndir”.
A.Səfixanlı bildirib ki, hazırda internetdə uşaq pornoqrafiyası əks olunan video-çarxları yayılıb ki, bu da uşaqların psixikasına mənfi təsir göstərir. Lakin müsbət haldır ki, internet təminatçıları bu cür zərərverici məlumatların qarşısını ala bilirlər.
Həmçinin A.Səfixanlı internetdə müəllif hüquqları məsələsinə də toxundu.
Qeyd edək ki, Avropa Şurasının standartların uyğun olaraq keçirilən konfransın əsas məqsədi cəmiyyəti internet və insan hüquqları sahəsində, eləcə də internetin infrastrukturu və onlayn jurnalistikanın inkişafının genişlənməsinə yönəlib.
Konfrans Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, eləcə də Azərbaycanda Mətbuat və İnternet-forum Şurasının birgə təşkilatçılığı ilə keçirirlir.
1news.az