Dövlət Neft Fondunun investisiyalarının 79.4%-i depozit və qiymətli kağızların üzərinə düşür
31 dekabr 2015-ci il göstəricilərinə görə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfeli fondun ümumi aktivlərinin 33 milyard 446,9 milyon dollar, yaxud 99.62 faizini təşkil edib.
2014-cü illə müqayisədə fondun investisiya portfeli 3 milyard 293,4 milyon dollar, yaxud 9 faiz azalıb. Belə ki, müvafiq tarixdə bu rəqəm 36 milyard 740,3 miyon dollar olub.
ARDNF-nin hesabatında bildirilir ki,31 dekabr 2015-ci il hesablamalarına görə fondun investisiya portfelinin 47.7 faizini ABŞ dolları təşkil edir.
Daha sonra investisiya portfelinin 35.3 faizi vahid avropa valyutası ilə yatırımlara- 10 milyard 791,5 milyon avro, 5.2 faiz (1 milyard 172,2 milyon funt) britaniya funt stelinqi, 1.6 faizi (64 milyard 761,6 milyon )yapon yeni, 1.5 faizi (36 milyard 535 milyon) rusiya rublu ,1.4 faizi (3 milyard 107,7 milyon yuan) çin yuanı, 1.3 faizi (491 milyard 975 milyon von ) koreya vonu, 1.1 faizi (1 milyard 110,1 milyon lira ) türk lirəsi, 0.6 faiz (263,7 milyon avst.dollları) avstraliya dolları üzərinə düşür.
ARDNF-nin investisiya portfelinin 1.2 faizi, yaxud 399.9 milyon dolları isə digər ölkələrin valyutalarının payına düşür.
Azərbaycan manatı isə fondun in vestisiya portfelinin 0.4 faizini, yaxud 127,2 milyon dollar təşkil edir.
Fondun fiziki qızıla olan yatırımına (30.17 tonn) 3.1 faiz, yaxud 1 milyard 038,2 milyon dollar vəsait xərclənib.
Beləliklə, 31 dekabr 2015-ci il göstəricilərinə görə ARDNF-in investisiya portfelinin 96.5 faizini xarici valyutaları təşkil edir.
Fondun məlumatlarına görə, hesabat dövründə investisiya portfelinə qiymətli kağızlar və depozitlərlə 79.4 faiz vəsait yerləşdirilib.
Ümumi olaraq 31 dekabr tarixinə Fondun investisiya portfeli vəsaitlərindən 44.2 faiz korporativ istiqrazlar, 20,8%- maliyyə istiqrazları, 13,2%- beynəlxalq təşkilatlar və agentliklərin istiqrazları, 8,5% - qısamüddətli kommersiya kağızları, 8%- suveren qiymətli borc kazğızları, 4,3% bank depozitləri, 1%- təminatlı istiqrazlarla yerləşdirilib.
ARDNF-nin investisiya portfelindəki istiqrazların kredit reytinqi üzrə təsnifatı aşağıdakı kimi müəyyənləşib. “A” reytinqi üzrə kağızlara «А» - 30,59%, «ВВВ» - 27,63%, «АА» - 27,49%, «ААА» - 14,29%.
Fondun investisiyalarının əsasını qısamüddətli alətlərə- 1 ilə qədər (30,76%) yatırımlar təşkil edir. 1 ildən 3 ilə qədər yerləşdirmələrə 26,21%, 3 ildən 5 ilə qədəryatırımlara 15,96%, 5 ildən artıq investisiyalara 9,19% vəsait düşür. Daşınmaz əmlak, qızıl və aksiyalara yatırımlar 17,89% təşkil edir.
Hesabata görə ARDNF –nin investisiya vəsaitin 58.46 faizi Avropa ərazisinə, 21.51 faizi Şimali Amerikaya, 11.92 faizi Asiya və Sakit okean ölkələrinə 3.57 faizi Avstraliyaya, 0,92% Yaxın Şərq öələlərinə, 0,27% Cənubi Amerikaya, 0,01% isə Afrikaya düşür.
Bununla yanaşı Fondun investisiyasının 73 faizi inkişaf etmiş ölkələrdə, 23.66 faizi isə inkişaf etmiş ölkələrdə, 3.34 faizi isə beynəlxalq maliyyə təşkilatlarında təmərgüzləşib.
Azərbaycan Neft Fondunun 2015-ci ildə aktivlərinin gəlirliliyi qızıl nəzərə alınmadan 1,24%, təşkil edib, ( 2014-cü ildə bu rəqəm 1,52% olub), qızılı nəzərə alsaq 0,89%-dir.
İstiqrazların gəlirliliyi 0,59%, aksilar üzrə 0,16%, depozitlər- 0,2%,pul bazarı alətləri üzrə- 0,01%, daşınmaz əmlak üzrə 0,31% təşkil edir.
Qızıl üzrə 2015-ci ildə mənfi gəlir səviyyəsi qeyd olunub- 0,33%.
Ümumilikdə 10 il ərzində 2006-cı ildən etibarən fondun aktivləri üzrə orta aylıq gəlir səviyyəsi 2,42% təşkil edib.
Daha əvvəl xəbər verildiyinə görə 1 yanvar 2016-cı il göstəricilərinə görə ARDNF-nin aktivləri 33 milyard 574,1 milyon dollar təşkil edib ki, bu da 2015-ci ilin əvvəlində olan göstəricilərdən aşağıdır. ( 37 milyard 104,1 milyon dollar).
Xatırladaq ki, ARDNF Azərbaycan Prezidentinin sərəncamı ilə 29 dekabr 1999-cu ildə yaradılıb. Fondda neft –qaz müqavilələrindən əldə olunan gəlirlər birləşir, əsasən, dövlətin neft gəlirlərinin reallaşdırılması, ölkə ərazisində neft və qaz daşınmasına görə tranzit tarifləri, dövlət əmlakının arendasındən əldə olunan gəlirlər daxildir.
Fond ölkə Prezidentinə tabedir.
2016-cı il üçün ARDNF-nin gəlirləri 6 milyard 711 milyon 564,1 min manat, xərcləri isə 8 milyard 181 milyon 399,7 min manat olaraq müəyyənləşib.
1news.az