Hikmət Hacıyev: “Ermənistan “öz müqəddəratını təyin etmə” prinsipindən sui-istifadə edir” | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: “Ermənistan “öz müqəddəratını təyin etmə” prinsipindən sui-istifadə edir”

16:15 - 01 / 03 / 2016
Hikmət Hacıyev: “Ermənistan “öz müqəddəratını təyin etmə” prinsipindən sui-istifadə edir”

Xocalı soyqırımı və 1 mart 2008-ci ildə Yerevanda törədilmiş siyasi terrorun növbəti ildönümü günlərində BMT-nin İnsan hüquqları Şurasında çıxış edən Ermənistan xarici işlər naziri hər hansı xəcalət və ya utanc hissi keçirmədən soyqırım əməllərinin qarşısının alınması, insan hüquqlarının müdafiəsi və xalqların öz müqəddəratını təyin etməsi prinsipi barəsində yalandolu və təhrif olunmuş fikirlərlə çıxış edib.

1news.az-a Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan xarici işlər nazirinin yaddışını təzələmək istərdik ki, 1975-ci il Helsinki Yekun Aktında öz təsbitini tapmış prinsiplərin üzvü şəkildə bir-biri ilə bağlı olduğu və onların bərabər və ümumilikdə tətbiq olunmasının vacibliyi qeyd olunaraq, ilk növbədə bir dövlətin digər dövlətin ərazi bütövlüyü və ya siyasi suverenliyinə qarşı güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməkdən çəkinməsi kimi öhdəliyinin olduğu qeyd olunur.

Sənəddə dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipləri bir daha təsdiq olunaraq, güc vasitəsilə ərazi əldə edilməsinin qəbuledilməzliyi vurğulanır. Bununla bərabər, dövlətlərin ərazi bütövlüyü və ya siyasi suverenliyinə qarşı gücdən istifadənin nəticəsində yaranmış vəziyyətin hüquqi qəbul edilməməsinə dair dövlətlərin öhdəliyi vardır.

Həmçinin, xalqların öz müqəddəratını təyin etməsi hüququnun ifadəsi hər hansı dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı fəaliyyətin həyata keçirilməsinə imkan verən hal kimi təfsir oluna bilməz. Helsinki Yekun Aktının 8-ci bəndində yazılır: “İştirakçı dövlətlər xalqların bərabər hüquqları və öz müqəddaratını təyin etmək hüququna hörmət edərək, bütün hallarda BMT Nizamnaməsinin məqsəd və prinsipləri və beynəlxalq hüququn müvafiq normaları, eləcə də dövlətlərin ərazi bütövlüyünə uyğun şəkildə fəaliyyət göstərəcəklər.

Ermənistan güc tətbiq edərək Azərbaycan ərazilərinin işğalı və işğal olunmuş ərazilərdə törədilmiş etnik təmizləmənin nəticələrini pərdələmək üçün “öz müqəddəratını təyin etmə” prinsipindən sui-istifadə edir.

Ermənistan xarici işlər naziri əslində zaman və məkan baxımdan BMT-nin İnsan hüquqları Şurasında Xocalı və ölkəmizin digər işğal olunmuş ərazilərində Azərbaycan xalqına qarşı törədilmiş soyqırım, insanlıq əleyhinə cinayət və hərbi cinayət əməllərinin etiraf edilməsi, Ermənistanda insan hüquqlarının acınacaqlı vəziyyətinə və 1 mart 2008-ci il Yerevan hadisələrinə qiymət verilməsi və həll yollarının təklif edilməsi üçün əlverişli imkanlarına malik olsa da, bundan istifadə etməmişdir.  BMT-nin İnsan hüquqları Şurasında çıxış edərək, digər dövlətə qarşı törədilmiş işğal, təcavüz, terror və qanlı etnik təmizləməni “öz müqəddəratını təyin etmə” kimi təqdim etmək və digər ali dəyərlərdən danışmaq BMT təsisatlarına və beynəlxalq ictimaiyyətə qarşı hörmətsizlikdən başqa bir şey deyildir.

1news.az

Paylaş:
956

Son xəbərlər

Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52
Bütün xəbərlər