İlham Əliyev Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətlərinə görə bir sıra qadınların təltif edilməsi haqda sərəncam imzaladı | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətlərinə görə bir sıra qadınların təltif edilməsi haqda sərəncam imzaladı

17:16 - 01 / 03 / 2016
İlham Əliyev Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətlərinə görə bir sıra qadınların təltif edilməsi haqda sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan qadınlarının təltif edilməsi haqqında sərəncam imzaladı.

1news.az dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə aşağıdakı şəxslər təltif edilsinlər:

Tərəqqi” medalı ilə

Abbasova Validə Məhərrəm qızı

Həmidzadə Məsrurə Rzabala qızı

Xəlilova Lyudmila Qocayevna

Kuimova Vera Gennadiyevna

Qasımova Üzlüfət Ramazan qızı

Məmmədova Təranə Aslan qızı

Rəhmətullayeva Lalə İbrahim qızı

"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə

İsmayılova Səadət Teymur qızı

Məmmədova Zöhrə Hüseyn qızı

Şıxsəidova Roza Əli Murad qızı”.

Bundan əlavə, Prezident İlham Əliyev Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında digər sərəncam da imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında təhsil, səhiyyə və mədəniyyət sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

Əməkdar müəllim

Nərimanova Şəfiqə Kərim qızı

Yaqublu Vəfa Misir qızı

Əməkdar mühəndis

Bayramova Gülarə Əşrəf qızı

Əməkdar həkim

Abdullayeva Esmiralda Əjdər qızı

Əməkdar mədəniyyət işçisi

Almaszadə Mayra Əliheydər qızı

Qutlyanskaya Lyudmila Restemovna

Məmmədova Ədilə Zəkəriyyə qızı

Mikayılova Sevinc Sadəddin qızı.

President.az

Paylaş:
1357

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər