Bakıda “Xarici investisiyaların təşviqində korporativ idarəetmənin rolu” mövzusunda treninq keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda “Xarici investisiyaların təşviqində korporativ idarəetmənin rolu” mövzusunda treninq keçirilib

19:19 - 01 / 03 / 2016
Bakıda “Xarici investisiyaların təşviqində korporativ idarəetmənin rolu” mövzusunda treninq keçirilib

Bu gün İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Xarici investisiyaların təşviqində korporativ idarəetmənin rolu” mövzusunda ilk təlim keçirilib.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, təlimdə 20-dən çox dövlət müəssisəsinin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə və həmin sektorun əməkdaşı Nicat Eyvazzadə investisiya anlayışı, iqtisadiyyatın inkişafında xarici investisiyaların rolu və xarici investisiyaların təşviqində düzgün korporativ idarəetmənin əhəmiyyəti barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıblar.

Nazirlikdən bildiriblər ki, dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinin əhəmiyyəti nəzərə alınaraq belə təlimlər davam etdiriləcək.

1news.az

 

Paylaş:
747

Son xəbərlər

Bütün xəbərlər